Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
Kriminal
112
11:22, Bu gün

Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı

Fevralın 9-da ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   
 
DİN-in Mətbuat Xidmətindən Moderator.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 163, o cümlədən borclu şəxs qismində axtarışda olan 138 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      
 
Narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 23 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.
 
Link kopyalandı!
Son xəbərlər