Şəmkirdə 15 yaşlı oğlan bıçaqlandı
Kriminal
239
08:40, Bu gün

Şəmkirdə 15 yaşlı oğlan bıçaqlandı

Şəmkirdə 15 yaşlı yeniyetmə bıçaqlanıb.
 
Moderator.az xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.
 
Belə ki, Kür qəsəbə sakinləri, 2009-cu il təvəllüdlü (17 yaş) H.Abuzərli şəxsi münasibətlər zəminində 2011-ci il təvəllüdlü (15 yaş) S.Məmmədlini bıçaqlayıb.
 
Xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir.
 
Hər iki şəxs məktəblidir. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.
 
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.
 
Faktla bağlı araşdırma aparılır.
 
Link kopyalandı!
Son xəbərlər