Şagirdin müəllimi güllələməsi ilə bağlı cinayət işi başlandı
Kriminal
204
11:08, Bu gün

Şagirdin müəllimi güllələməsi ilə bağlı cinayət işi başlandı

İdrak Liseyində baş verən insidentlə bağlı cinayət işi açılıb.
 
Bu barədə Moderator.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
 
Qeyd olunub ki, fevralın 6-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən məktəblərdən birində şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şagird prokurorluq tərəfində tutulub.
 
Hazırda prokurorluq əməkdaşları hadisə yerinin baxışının keçirir, eləcə də hadisənin başvermə şəraiti və səbəblərinin dəqiqləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətləri icra edir.
 
Xəsarət alan şəxsə vaxtında ilkin tibbi yardım göstərilməsi təmin edilib və xəstəxanaya yerləşdirilərək müvafiq tibb müəssisəsi tərəfindən müalicəsi aparılır.
 
Link kopyalandı!
Son xəbərlər