DİN məlumat yaydı - Şagird müəllimi belə güllələyib
Kriminal
1149
10:55, Bu gün

DİN məlumat yaydı - Şagird müəllimi belə güllələyib

Daxili İşlər Nazirliyi "İdrak" liseyində şagirdin müəllimi güllələməsi faktı ilə bağlı məlumat yayıb.
 
Nazirlikdən Moderator.az-a verilən xəbərə görə, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.
 
O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.
 
Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.
 
Faktla bağlı araşdırma aparılır.
 
Link kopyalandı!
Son xəbərlər