Mərmər sexində qanlı insident: Fəhlə bacısına söyüş söyən müştərini bıçaqladı
Kriminal
144
13:15, Bu gün

Mərmər sexində qanlı insident: Fəhlə bacısına söyüş söyən müştərini bıçaqladı

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Fazil İbrahimovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
 
Moderator.az xəbər verir ki, hakim Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.
 
İttiham materiallarına əsasən, hadisə 2025-ci il iyunun 12-də saat 12 radələrində Bakı-Qazax magistral avtomobil yolunun Şəmkir rayonu, İpək Yolu qəsəbəsi ərazisində baş verib.
 
Belə ki, Fazil İbrahimov həmin ərazidə yeznəsinə məxsus, icarə əsasında fəaliyyət göstərən mərmər-qranit sexində fəhlə kimi işlədiyi zaman bir neçə gün əvvəl həmin sexdən mərmər almış Şəmkir rayon sakini, zərərçəkmiş Cəfər Cəfərov (soyadı şərtidir) həmin obyektə gələrək aldığı mərmərlərin qüsurlu olduğunu bildirib və ödədiyi pulun geri qaytarılmasını tələb edib. Bu səbəbdən tərəflər arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
 
İttihama görə, mübahisə zamanı təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs qarşılıqlı şəkildə bir-birilərinin ailə üzvlərinin ünvanına təhqiredici ifadələr işlədiblər. Daha sonra Cəfər Fazilə qarşı əl və ayaq zərbələri endirərək ona ağırlıq dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirib. Bundan sonra zərərçəkmiş şəxs hadisə yerini tərk edib. Lakin həmin gün saat 14 radələrində Cəfər yenidən mərmər-qranit sexinə qayıdaraq mübahisəni davam etdirib və Fazilin bacısının ünvanına təhqiredici ifadələr işlədib. Bu zaman yaranmış gərginlik fonunda təqsirləndirilən şəxs sexin içərisindən mətbəx bıçağını götürərək Cəfərə qəsdən bir dəfə qarın nahiyəsindən zərbə endirib. Nəticədə zərərçəkmiş şəxsə qarının ön divarının sol yarısında periton boşluğuna keçən, mədənin zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan, insan həyatı üçün təhlükəli sayılan bir ədəd deşilmiş-kəsilmiş yara yetirilib. Həmin xəsarətlərin dərəcəsinə görə Cəfərin sağlamlığına qəsdən ağır zərər vurulduğu müəyyən edilib. /Pravda.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər