Gəncədə 25 yaşlı gəncin qətli ilə bağlı cinayət işi başlanıb
Kriminal
165
10:15, Bu gün

Gəncədə 25 yaşlı gəncin qətli ilə bağlı cinayət işi başlanıb

Gəncədə 24 yaşlı oğlanın öldürməsi faktı ilə bağlı cinayət işi başlanıb.
 
Bu barədə Moderator.az-a Gəncə şəhər Prokurorluğundan məlumat verilib.
 
Bildirilib ki, fevralın 3-də 2001-ci il təvəllüdlü Röyal Məmmədovun xəsarətlər alması, yerləşdirildiyi xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
 
İlkin araşdırmalarla cinayətin 1988-ci il təvəllüdlü Murad Hacıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, M.Hacıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
 
 
Link kopyalandı!
Son xəbərlər