Bizi sosial şəbəkələrdən izləyin:
Bakı Ağır Cinayətlər məhkəməsində sağlamlığa qəsdən ağır zərər vurmaqda təqsirləndirilən S. F- nin cinayət işi üzrə hökm oxunub.
Moderator.az xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən məhkəmə təqsirləndirilən S.F-nin 1 il sınaq müddəti olmaqla 3 il şərti olaraq azadlıqdan məhrum edilməsi barədə qərar elan edib.
Qeyd edək ki, dövlət ittihamçısı S.F-nin 3 il 6 ay müddətinə həbs olunmasını istəmişdi.
Xatırladaq ki, hadisə ötən il sentyabrın 3-də Bakının Xətai rayonunda baş verib. Təqsirləndirilən şəxsin bacısı A.S-nın ona məxsus əşyalardan icazəsiz istifadə etməsi nəticəsində iki bacı arasında mübahisə yaranıb. Buna qəzəblənən F.S. mətbəx bıçağı ilə bacısına iki dəfə zərbə vurub. Nəticədə A.S-nın ağ ciyəri ciddi dərcədə zədələnib. F.S-ya Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə yekun ittiham elan olunub. /Lent.az/