Gürcüstanda 20 yaşlı qızı qaçıran azərbaycanlılar saxlanıldılar
Kriminal
142
12:22, Bu gün

Gürcüstanda 20 yaşlı qızı qaçıran azərbaycanlılar saxlanıldılar

Gürcüstanın Marneuli rayonunda iki azərbaycanlı şəxs azadlıqdan məhrumetmə ittihamı ilə saxlanılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesabında məlumat verilib.
 
Məlumata görə, 2004-cü il təvəllüdlü N.A. Marneulinin kəndlərindən birində 2006-cı il təvəllüdlü qızı evlənmək məqsədilə qaçırıb.
 
2000-ci il təvəllüdlü S.B. adlı şəxs isə sözügedən cinayət əməlində iştirak edib.
 
Aparılan araşdırmalar nəticəsində hər iki təqsirləndirilən şəxs cinayəti törətdikdən qısa müddət sonra ələ keçib.
 
Faktla bağlı cinayət işi açılıb. Azərbaycanlı gənclərin əməllərinə görə 4 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
 
Link kopyalandı!
Son xəbərlər