Kriminal
145
15:10, Bu gün

"Ağ şəhər"dəki məşhur hoteldə ofisiant öldürüldü - İş yoldaşı tutuldu

Bakıda hoteldə qətl törədilib.
 
Hadisə yanvarın 25-i saat 19 radələrində "Ağ şəhər" bulvarında yerləşən "Boulevard Hotel"də qeydə alınıb.
 
Belə ki, hoteldə ofisiant işləyən 1996-cı il təvəllüdlü paytaxt sakini Şəmistan Şamil oğlu Əliyev camaşırxanada bıçaqlanaraq öldürülüb.
 
Hadisənin hotelin digər ofisiantı 1992-ci il təvəllüdlü Abşeron sakini Seymur Zafalı oğlu Manafov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
 
S.Manafov polis əməkdaşları tərəfindən tutulub.
 
Faktla bağlı cinayət işi başlanıb. Rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır. /qafqazinfo/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər