Bakıda DƏHŞƏT: Oğul anasını öldürdü - TƏFƏRRÜAT + FOTO - YENİLƏNİB
Kriminal
212
10:18, Bu gün

Bakıda DƏHŞƏT: Oğul anasını öldürdü - TƏFƏRRÜAT + FOTO - YENİLƏNİB

Bakıda baş verən faciə ilə bağlı yeni məlumatlar yayılıb.
 
Moderator.az Trend-ə istinadən xəbər verir ki, bu barədə faciə baş verən ailənin yaxınları məlumat verib.
 
Məlumatda bildirilir ki, 2026-cı il yanvarın 24-ü saat 11 radələrində Maştağa südçülük sovxozunda Ağayev Emil Xanlar oğlu anası 67 yaşlı Ağayeva Həyat Nəzər qızını amansızlıqla qətlə yetirib.
 
Emil Ağayev əvvəllər narkotik istifadəçisi olub. O, hətta bir müddət aidiyyatı dispanserdə bu asılılığa görə müalicə də alıb. Mərhumun əzizlərinin fikrincə Emin Ağayev hadisəni əvvəlcədən planlayıb. Çünki həmin gecə Emin Ağayev yoldaşı ilə birgə qayınanasıgildə qalıb. Səhər saatlarında evə qayıdaraq anasının iş yerinə taksi göndərib, onun təcili evə gəlməsini xahiş edib. Bundan sonra anasını bıçaqla xüsusi amansızlıqla qətlə yetirib.
10:04
 
Yanvarın 24-də paytaxtın Sabunçu rayonu ərazisində 1959-cu il təvəllüdlü Həyat Ağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 
Moderator.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
 
Bildirilib ki, ilkin araşdırmalarla 1981-ci il təvəllüdlü Emil Ağayevin bıçaqla xəsarətlər yetirərək anası Həyat Ağayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Ağayev iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər