Saxta vəkil ifşa olundu, iki min manat cərimələndi
Kriminal
46
21:11, Bu gün

Saxta vəkil ifşa olundu, iki min manat cərimələndi

Bakıda saxta vəkil vəsiqəsi ilə Sabunçu Rayon Prokurorluğunun inzibati binasına gəlib özünə aidiyyəti olmayan məlumatı almağa nail olan şəxs məsuliyyətə cəlb olunub.
 
Moderator.az "Teleqraf"a istinadla xəbər verir ki, Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilən 1976-cı il təvəllüdlü Kənan Babayev (ad-soyad şərtidir) hüquq verən saxta vəsiqədən bilə-bilə istifadə etməkdə təqsirli bilinib.
 
Qeyd olunub ki, o, tanışının şikayəti ilə bağlı aparılan araşdırma materialı üzrə qərarın nəticəsi barədə məlumat əldə etmək üçün bu yola əl atıb. Kənanın əməlini isə prokurorluğun dəftərxanasında qalan pulqabısı ifşa edib.
 
Belə ki, dəftərxana müdiri Vəkillər Kollegiyasına zəng edərək vəkilə məxsus pulqabının prokurorluğun inzibati binasında qaldığını bildirib. Təxminən bir saat sonra ona həmin ad və soyadda vəkilin sistemdə qeydiyyatda olmadığı deyilib.
 
Növbəti gün Vəkillər Kollegiyasının sədri Anar Bağırov rayon prokuroru Murad Dadaşova zəng edərək məsələ barədə danışıb və unudulmuş əşya ilə sənədlər rəsmi qaydada Vəkillər Kollegiyasına göndərilib.
 
Məhkəmənin qərarına əsasən təqsirləndirilən şəxs iki min manat məbləğində cərimə olunub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər