“Dalton İntizar” Azərbaycanda saxlanıldı
Kriminal
67
16:18, Bu gün

“Dalton İntizar” Azərbaycanda saxlanıldı

Türkiyədə fəaliyyət göstərən “Daltonlar” adlı cinayətkar qruplaşmanın bir üzvü Azərbaycanda saxlanılıb.
 
Söhbət “Dalton İntizar” ləqəbi ilə tanınan, MMA döyüşçüsü İntizar Babaniyazovdan gedir.
 
Türkmənistan vətəndaşı olan Babaniyazov vətəndaşlara səsli və ya görüntülü zəng edərək pul tələb etməkdə, həmçinin iş yerlərinə silahlı basqınlar təşkil etməkdə ittiham olunur. Dindirilmə zamanı onun 2 hədə-qorxu və 4 silahlı basqın daxil olmaqla, ümumilikdə 6 müxtəlif cinayət əməlində iştirak etdiyi müəyyənləşib.
 
Türkiyədə məhkəmə qarşısına çıxarılan Babaniyazov həbs edilib. (Qafqazinfo)
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər