Altı milyon manatlıq mənimsəmədə ittiham olunan MN-in sabiq xidmət rəisinin cəzası azaldıldı
Kriminal
177
13:06, Bu gün

Altı milyon manatlıq mənimsəmədə ittiham olunan MN-in sabiq xidmət rəisinin cəzası azaldıldı

Bakı Apellyasiya Məhkəməsində xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən Müdafiə Nazirliyinin (MN) "N" saylı korpusunun Maliyyə xidmət rəisi vəzifəsini icra etmiş Namiq Mirzəyevin barəsində olan hökmdən verdiyi apellyasiya şikayətinə baxılıb.
 
Moderator.az xəbər verir ki, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılıb və qərar qəbul olunub.
 
Məhkəmənin qərarı ilə N.Mirzəyevin şikayəti qismən təmin edilib və onun cəzası üç ay azaldılıb.
 
Xatırladaq ki, Namiq Mirzəyev ötən ilin avqust ayında Dövlət Təhlükəsizliyi Xidmətinin vəsatəti əsasında həbs edilib.
 
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham olunub.
 
O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Namiq Mirzəyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. N.Mirzəyev işlədiyi dövrdə altı milyon manatlıq mənimsəmədə ittiham olunub. O, dəymiş ziyanın 343 min 810 manatını ödəyib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər