Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 18 nəfəri cinayət başında yaxalayıb
Kriminal
192
15:20, Bu gün

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 18 nəfəri cinayət başında yaxalayıb

2025-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 114 cinayət işi başlanılıb, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 18 şəxs cinayət başında yaxalanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
 
Bildirilib ki, hesabat dövrü ərzində idarə tərəfindən ümumilikdə 174 şəxs barəsində 104 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib. Həmin cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılıb, qalanları isə hazırda məhkəmə baxışındadır.
 
Link kopyalandı!
Son xəbərlər