İş yoldaşını öldürənə ağır cəza verildi
Kriminal
233
11:38, Bu gün

İş yoldaşını öldürənə ağır cəza verildi

Bakıda iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Şahlar Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
 
Moderator.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq Şahlar Ağayev 9 il azadlıqdan məhrum edilib.
 
Xatırladaq ki,ötən prosesdə prokuror təqsirləndirilənin 12 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.
 
Qeyd edək ki, 1999-cu il təvəllüdlü Şahlar Ağayev Yasamal rayonu, Tbilisi prospekti ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1992-ci il təvəllüdlü Pünhan Fərzallını bıçaqlayaraq öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb. Onuda qeyd edək ki, hər iki şəxs Bakıdakı tanınmış çörək zavodlarından birinin işçiləri olublar.
 
Link kopyalandı!
Son xəbərlər