Paytaxtda evlərdən oğurluq edən şəxs saxlanılıb
Kriminal
372
17:25, Bu gün

Paytaxtda evlərdən oğurluq edən şəxs saxlanılıb

Paytaxtın Xətai rayonunda evlərdən silsilə oğurluqlar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Moderator.az -a verilən məlumata görə, zərərçəkənlər polisə müraciət edərək evlərindən məişət əşyalarının talandığını bildiriblər.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş B. Bayramov saxlanılıb. Ondan, həmçinin psixotrop maddə olan metamfetamin də aşkarlanıb.

Araşdırmalar davam etdirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər