Sabunçuda narkotacir saxlanıldı
Kriminal
122
15:11, Bu gün

Sabunçuda narkotacir saxlanıldı

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.
 
Daxili İşlər Nazirliyindən Moderator.az-a verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir zamanı 32 yaşlı Şadman Zamanlı şübhəli şəxs qismində saxlanılıb.
 
Ondan 9 kiloqram 955 qram narkotik vasitə marixuana aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib.
 
Araşdırmalar davam etdirilir.
 
Link kopyalandı!
Son xəbərlər