Şəmkir sakini bıçaqlandı
Kriminal
235
11:33, Bu gün

Şəmkir sakini bıçaqlandı

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
 
Moderator.az-ın məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndi yaxınlığında qeydə alınıb. Rayon sakini, 1985-ci il təvəllüdlü E. İsayev bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.
 
Xəsarət alan şəxs dərhal əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu bildirilir. E. İsayevin hansı şəraitdə bıçaqlanması hələlik məlum deyil.
 
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
 
Faktla bağlı araşdırma aparılır.
 
Link kopyalandı!
Son xəbərlər