Masallıda narkotiklərin satışını təşkil edən şəxslər saxlanıldı
Kriminal
199
10:38, Bu gün

Masallıda narkotiklərin satışını təşkil edən şəxslər saxlanıldı

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, tədbirlərlə 19 yaşlı Məhəmməd Əsgərov şübhəli şəxs qismində saxlanılıb. Ondan psixotrop maddə metamfetamin, heroin və marixuana aşkarlanıb.
 
Əməliyyat tədbirlərinin davamı olaraq M.Əsgərova narkotik vasitə və psixotrop maddə satan şəxsin 26 yaşlı Vəsayət Buludov olduğu müəyyən edilib və o, saxlanılıb.
 
Həmin şəxsdən də metamfetamin, heroin və marixuana aşkarlanıb.
 
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər