Bizi sosial şəbəkələrdən izləyin:
Lənkəranda arvadını öldürməkdə təqsirləndirilən Nicat Lələzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Moderator.az APA-ya istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Nicat Lələzadə 17 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il avqust ayında Lənkəranda baş verib. Nicat Lələzadə ondan boşanmaq istəyən Əfsanə Lələzadəni aralarında yaranan mübahisə zəminində bıçaqlayıb. Qadın xəstəxanada ölüb.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.