Anasının sevgilisini öldürən yeniyetmə: “Onsuz darıxıram məni buraxın”
Kriminal
266
16:01, Bu gün

Anasının sevgilisini öldürən yeniyetmə: “Onsuz darıxıram məni buraxın”

Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Roman Ələkbərlinin sədrliyi ilə Bakıda anasının qeyri-rəsmi nigahda yaşadığı şəxsi qətlə yetirməkdə təqsirləndirilən 16 yaşlı Y.Q -ın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Moderator.az Lent.az-a istinadla xəbər verir ki, iclasda təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.
 
Təqsirləndirilən Y.Q prosesə sədrlik edən hakimə müraciət edərək "Möhtərəm hakim, anam üçün çox darıxıram, məni ev dustaqlığına buraxarsınız?" deyə xahiş edib.
 
Qısa müşavirədən sonra məhkəmə vəsatətin təmin edilmədiyini bildirib.
 
Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib və növbəti iclas fevralın 3-nə təyin edilib.
 
Xatırladaq ki, hadisə 2025-ci ilin sentyabrında Bakının Ramana qəsəbəsində baş verib. Qəsəbə sakini Emil Əliyevin qətlə yetirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
 
Araşdırmalara görə məlum olub ki, Emil Əliyev qeyri-rəsmi nikahda yaşadığı qadının 16 yaşlı oğlu tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Azyaşlı Y.Q barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər