Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyədə açıq-saçıq geyindiyi üçün bacısını öldürən azərbaycanlının məhkəməsi başlayır.
Moderatora.z Lent.az-a istinadla bildirir ki, hadisə ötən il İstanbulun Baxçalıevlər adlanan ərazisində baş verib.
23 yaşlı Fərasət Fərziyev 27 yaşlı bacısı Türkan Fərziyevanı bıçaqlayaraq, öldürüb.
Məlumata görə, hadisəyə səbəb mərhumun açıq-saçıq geyimi olub. Mübahisə zamanı qardaş bıçaqla bacısının kürək və sinə nahiyələrinə mətbəx bıçağı ilə xəsarətlər yetirib. Yaralı xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Fərasət Fərziyev isə özü polisə zəng edərək, törətdiyi əməli etiraf edib.
Ona qarşı “qəsdən adam öldürmə” maddəsi ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, 1 ildir bacısı və başqa şəxslə bir evdə yaşayır. Bacısı 6 il Çanaqqalada yaşayıb. Onun sözlərinə görə, Türkan Fərziyeva əri ilə boşanma ərəfəsində olduğu zaman sığınacağa üz tutub. Lakin Fərasət Fərziyev bacısını sığınacaqdan götürərək, öz yanına aparıb.
Yaxın zamanlarda Bakırköy Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsin məhkəməsi başlayacaq.