Bizi sosial şəbəkələrdən izləyin:
Dələduzluqda təqsirli bilinərək beynəlxalq axtarışa verilmiş 30.03.1970-ci il təvəllüdlü, İran İslam Respublikasının vətəndaşı İmani Ali Abdollahın verilməsinə dair Özbəkistanın Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib.
Moderator.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, İmani Ali Abdollah 2025-ci ildə ölkəmizdə müəyyən edilərək həbs olunub.
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən, təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanlarına təhvil verilib.