Azərbaycan Tacikistanın beynəlxalq axtarışa verdiyi şəxsi ölkəsinə qaytardı
Kriminal
902
09 Jan 2026 | 12:47

Azərbaycan Tacikistanın beynəlxalq axtarışa verdiyi şəxsi ölkəsinə qaytardı

Dələduzluqda təqsirli bilinərək dövlətlərarası axtarışa verilmiş 13.01.1992-ci il təvəllüdlü, Tacikistan Respublikasının vətəndaşı Muxammadnido Nazarmuxammadzodanın verilməsinə dair həmin ölkənin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
 
Bildirilib ki, Muxammadnido Nazarmuxammadzoda 2025-ci ildə ölkəmizdə müəyyən edilərək həbs olunub.
 
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən, təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Tacikistan Respublikasının səlahiyyətli orqanlarına təhvil verilib.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər