Cinayətdə şübhəli bilinən 75 nəfər saxlanıldı
Kriminal
855
09 Jan 2026 | 10:20

Cinayətdə şübhəli bilinən 75 nəfər saxlanıldı

Yanvarın 8-də ölkə ərazisində qeydə alınan 66, əvvəlki dövrlərdən bağlı qalan 24 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   
 
DİN-in Mətbuat Xidmətindən Moderator.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 89, o cümlədən borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      
 
Narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 65 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıb.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər