Qohumunu mərhum atasını söydüyünə görə bıçaqlayan şəxsə cəza verildi
Kriminal
901
09 Jan 2026 | 09:40

Qohumunu mərhum atasını söydüyünə görə bıçaqlayan şəxsə cəza verildi

Gəncə Şəhər Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Mehdi Mehdiyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
 
Moderator.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Liza Xanməmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Məhkəmənin hökmü ilə Mehdi Mehdiyev iki il müddətə azadlıqdan məhrum edilib.
 
İttiham aktına əsasən, Mehdi Mehdiyev 2025-ci ildə uzaq qohumluq münasibətində olduğu, 1997-ci il təvəllüdlü zərərçəkmiş Hüseyn Hüseynovun (soyadı şərtidir) qonaq qismində Gəncə şəhəri, Natavan-2 qəsəbəsində yerləşən tanışına məxsus evdə olduğunu bilib. Sonra o, həmin evin həyətinə daxil olub.
 
Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi həyətə çağıraraq, guya hadisədən bir neçə saat əvvəl mərhum atasının ünvanına nalayiq ifadələr işlədilməsini bəhanə edib və heç bir əsaslı səbəb olmadan onunla mübahisə etməyə başlayıb. Mübahisə zamanı ictimai qaydanı kobud şəkildə pozan hərəkətlər edərək cəmiyyətdə bərqərar olmuş birgə yaşayış qaydalarına riayət etməyib, ətrafdakı şəxslərə qarşı laqeyd münasibət nümayiş etdirib, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən davranışlar sərgiləyib.
 
Daha sonra Mehdi zor tətbiqi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, Hüseyni yaşadığı evdən cibinə qoyaraq gətirdiyi mətbəx bıçağı ilə vurub. Nəticədə zərərçəkmiş şəxsə sağlamlığa yüngül zərər vurmaya aid xəsarəti yetirib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər