Kafedə müəllimi bıçaqlayan şəxsə AĞIR CƏZA verildi
Kriminal
1475
08 Jan 2026 | 12:53

Kafedə müəllimi bıçaqlayan şəxsə AĞIR CƏZA verildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Canpolad Xanmirzəyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
 
Moderator.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub, müttəhim 9 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
 
İstintaq materiallarına əsasən, C.Xanmirzəyev 22 aprel 2023-cü il tarixdə saat 01 radələrində Tovuz rayonu, Köhnəqala kəndinin mərkəzi hissəsində yerləşən kafedə müştəri qismində olarkən spirtli içkilər qəbul edib. Sərxoş vəziyyətdə olan Canpoladla həmin kafedə əyləşmiş tanışı, Köhnəqala kənd sakini Elsevər Alıyevin arasında əvvəlki şəxsi narazılıqları ilə bağlı yenidən mübahisə yaranıb.
 
Bu zaman təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə üzərində gəzdirdiyi bıçaqla Elsevərin qarın və sol qolaltı nahiyələrinə iki zərbə vurub.
 
Elsevər Alıyevə döş qəfəsinin sol yan səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, eləcə də qarın nahiyəsinin daxilə nüfuz edən və nazik bağırsağını zədələyən, həyat üçün təhlükəli hesab edilən ağır xəsarətlər diaqnozu qoyulub.
 
Mətbuatda yayılan məlumata görə, zərərçəkmiş Elsevər Alıyev məktəblərin birində müəllim işləyib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər