Bakıda iranlı narkotacirdən 15 kq marixuana aldı - Saxlanıldı
Kriminal
1588
08 Jan 2026 | 09:59

Bakıda iranlı narkotacirdən 15 kq marixuana aldı - Saxlanıldı

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirib.
 
Moderator.az-ın məlumatına görə, tədbir zamanı qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini 45 yaşlı Emil Xəlilov saxlanılıb.
 
Ondan ümumilikdə 14 kiloqram 815 qram tərkibinə psixotrop maddələr əlavə edilən marixuana aşkarlanıb. E.Xəlilovun narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İbo adı ilə tanıdığı İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiyi müəyyən edilib.
 
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər