Cinayətdə şübhəli bilinən 43 nəfər saxlanıldı
Kriminal
1726
07 Jan 2026 | 10:41

Cinayətdə şübhəli bilinən 43 nəfər saxlanıldı

Yanvarın 6-da ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   
 
DİN-in Mətbuat Xidmətindən Moderator.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 82, o cümlədən borclu şəxs qismində axtarışda olan 71 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      
 
Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 33 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.
 
Link kopyalandı!
Son xəbərlər