Bizi sosial şəbəkələrdən izləyin:
Sabirabadda arvadını qətlə yetirməkdə təqsirləndirilən Seyidrəsul Talıbzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Moderator.az APA-ya istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ənnağı Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Seyidrəsul Talıbzadə 11 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin may ayında Sabirabad rayonunda baş verib. 2004-cü il təvəllüdlü Talıbzadə Seyidrəsul Mirmöhsün oğlu aralarında yaranmış münaqişə zəminində 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qətlə yetirib. O, daha sonra meyiti kəndin ərazisində Kür çayına atıb.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.