Cinayətdə şübhəli bilinən 39 nəfər saxlanıldı
Kriminal
1382
05 Jan 2026 | 10:15

Cinayətdə şübhəli bilinən 39 nəfər saxlanıldı

Yanvarın 3-də və 4-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
 
DİN-in Mətbuat Xidmətindən Moderator.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 8, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.
Link kopyalandı!
Son xəbərlər