Azərbaycanlı yeniyetmə anasını boğub öldürdü - Almaniyada ŞOK CİNAYƏT
Kriminal
1545
03 Jan 2026 | 23:30

Azərbaycanlı yeniyetmə anasını boğub öldürdü - Almaniyada ŞOK CİNAYƏT

Almaniyada azərbaycanlı yeniyetmə anasını öldürüb. 
 
Moderator.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Almaniyanın Düsseldorf şəhərində qeydə alınıb. 
 
16 yaşlı Həsən Cavadov 40 yaşlı anası Sevinc Cavadovanı boğaraq qətlə yetirib. 
 
Yeniyetmə anasını öldürdükdən sonra polisə zəng edərək törətdiyi cinayəti etiraf edib. 
 
Həsən Cavadov Almaniya polisi tərəfindən saxlanılıb. 
 
Əldə etdiyimiz məlumata görə, sözügedən ailə 3 il əvvəl  Ukraynadan Almaniyaya sığınıblar. Ölən qadının 2 azyaşlı uşağı da var imiş. 
 
Anasını öldürən yeniyetmənin psixoloji problemlərinin olduğu bildirilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər