Bizi sosial şəbəkələrdən izləyin:
Bayram günləri olmasına baxmayaraq, polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir.
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, ötən gün Nəsimi və Qaradağ rayonlarında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 51 yaşlı S.Həbibov və 34 yaşlı A.Cəbizadə saxlanılıblar. Onlardan ümumilikdə 29 kiloqram narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb.
Araşdırmalar aparılır.