Bakıda 27 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Kriminal
253
12:30, Bu gün

Bakıda 27 kq narkotik vasitə dövriyyədən çıxarıldı

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir.
 
Moderator.az xəbər verir ki, paytaxtın Xətai, Qaradağ və Nizami rayonlarında keçirilən növbəti tədbirlər zamanı 27 yaşlı N.Şıxalıyev, 39 yaşlı N.Nəsibov və 26 yaşlı M.Mustafa saxlanılıblar.
 
Onlardan 27,7 kiloqrama yaxın tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 100 ədəd metadon həbi aşkarlanıb. 
 
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
 
Link kopyalandı!
Son xəbərlər