Cinayətdə şübhəli bilinən 49 nəfər saxlanıldı
Kriminal
537
10:18, Bu gün

Cinayətdə şübhəli bilinən 49 nəfər saxlanıldı

Dekabrın 27-də və 28-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Moderator.az- a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 85, o cümlədən borclu şəxs qismində axtarışda olan 71 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 20 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

Link kopyalandı!
Son xəbərlər