Bacısı oğlu və azyaşlı uşağının başına silah dayayıb girov götürdü - Hacıqabuldakı hadisənin təfərrüatı
Kriminal
1172
18:00, Bu gün

Bacısı oğlu və azyaşlı uşağının başına silah dayayıb girov götürdü - Hacıqabuldakı hadisənin təfərrüatı

Hacıqabulda 1972-ci il təvəllüdlü Şakir Valehov arvadı Həlimə Valehova ilə bacısı oğlu Bəhram Qəmbərlininin (ad-soyadlar şərtidir) münasibətindən şübhələndiyi üçün onları qanunsuz olaraq silah gücü ilə azadlıqdan məhrum edib.
 
Moderator.az Teleqraf.az-a istinadla xəbər verir ki, ötən il baş verən hadisə ilə bağlı məhkəmə prosesi bu həftə başa çatıb.
 
Hacıqabul Rayon Məhkəməsinin hökmünə əsasən, Ş.Valehov 5 il müddətinə azadlıqdan məhrum edilib.
 
Hadisənin təfərrüatına gəlincə, Şakir həyat yoldaşı Həlimə ilə bacısı oğlu Bəhramın münasibətindən şübhələnib. Şakir arvadına qarşı xəyanət ittihamı irəli sürsə də, qadın deyilənləri qəbul etməyib.
 
Bundan sonra Şakir evin həyətinə kamera quraşdırıb. Buna baxmayaraq, o, kamera vasitəsilə arvadı ilə bacısı oğlunun münasibətini təsdiqləyən hər hansı görüntü əldə edə bilməyib. Şakir dəfələrlə kameranın yerini dəyişsə də, ittihamını sübut edəcək fakta nail olmayıb.
 
Nəticədə Şakir heyvanlara ot gətirmək bəhanəsi ilə bacısı oğlunu evinə çağırıb. Bu zaman Bəhram dayısının çağırışına əməl edərək onların evinə azyaşlı övladı ilə yollanıb. Şakir bacısı oğlu ilə azyaşlı övladının evə daxil olmasından sonra qapını kilidləyib və hər ikisini girov götürüb.
 
Şakir əvvəlcə Bəhramın, daha sonra azyaşlı övladının başına tapança dayasa da, bacısı oğlu yenə ittihamları qəbul etməyib, ona yanıldığını deyib.
 
Buna baxmayaraq, Şakir Bəhram etiraf etməyəcəyi təqdirdə azyaşlını öldürəcəyini bildirib. Azyaşlının ağladığını görən Bəhram onunla razılaşıb və Həlimənin həyətdə qaldığı evə yollanıblar. Təqsirləndirilən şəxs Bəhramdan iki addım uzaqlaşan kimi o, fürsətdən istifadə edərək qaçıb və ailə üzvlərinə hadisə barədə məlumt verib. Özünün qaçdığını, uşağının isə orada qaldığını deyib, azyaşlını Şakirin evindən götürmələrini tapşırıb.
 
Daha sonra hadisə ilə bağlı polisə məlumat verib. Hadisə yerinə gələn polis əməkdaşları Şakir Valehovu saxlayıb. Evə baxış keçirilən zaman mənzildən narkotik vasitə də aşkarlanıb.
 
Qeyd edək ki, Ş.Valehov daha öncə narkotik vasitədən istifadə etdiyi üçün məhkumluq həyatı yaşayıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər