Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILDI
Kriminal
162
09:09, Bu gün

Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILDI

Saxta sürücülük vəsiqəsindən istifadə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı barəsində hökm çıxarılıb.
 
Moderator.az teleqraf.az-a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı - Emil Şərəfxan oğlu İsmayılov Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə (saxta sənəddən istifadə) ittiham olunub.
 
İttihama görə, Emil İsmayılov Rusiya Federasiyasına məxsus saxta sürücülük vəsiqəsini pul müqabilində əldə edib. O, bu sənəddən istifadə edərək 2024-cü il aprel ayının 2-də Bakı şəhərində yerləşən 7 saylı ASAN Xidmət mərkəzinə müraciət edərək sürücülük vəsiqəsi alıb.
 
Araşdırmalar zamanı təqdim edilən Rusiya sürücülük vəsiqəsinin mətbəə üsulu ilə deyil, elektrofotoqrafik çap yolu ilə hazırlandığı və tam saxta olduğu müəyyən edilib. ASAN Xidmət əməkdaşları sənəddə uyğunsuzluq aşkar etdikdən sonra həm xarici, həm də onun əsasında verilmiş Azərbaycan sürücülük vəsiqəsini geri alıblar.
 
Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, 2023-cü ilin avqustunda Eldar adlı şəxs vasitəsilə 200 min rubl müqabilində saxta sürücülük vəsiqəsi sifariş edib və sənədin saxta olduğunu bildiyi halda razılaşıb. Əməlindən peşman olduğunu deyən Emil İsmayılov barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edib.
 
Məhkəmənin hökmü ilə Emil İsmayılov iki min manat məbləğində cərimə cəzasına məhkum edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər