Dostunu güllələyib öldürən şəxsə ağır cəza verildi
Kriminal
152
15:32, Bu gün

Dostunu güllələyib öldürən şəxsə ağır cəza verildi

Gəncədə dostunu güllələyərək öldürən Rövşən Hətəmovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.
 
Hökmə əsasən, təqsirləndirilən Rövşən Hətəmov 12 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, hadisə bu il iyunun 15-də Gəncə şəhəri Cavadxan qəsəbəsində baş verib. Rövşən Hətəmov 42 yaşlı dostu Vüsal Əhmədovu ov tüfəngi ilə qətlə yetirib.
 
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
Link kopyalandı!
Son xəbərlər