Bakıda və Sumqayıtda oğurluq edənlər saxlanıldı
Kriminal
1697
16 Dec 2025 | 15:29

Bakıda və Sumqayıtda oğurluq edənlər saxlanıldı

Səbail rayonu ərazisində bir nəfərə məxsus 900 manat dəyərində təmir-tikinti alətinin talanması barədə polisə məlumat daxil olub.

Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən C.Xasməmmədov və F.Abdullayev müəyyən edilərək saxlanılıblar.

Sumqayıt şəhərində isə ayrı-ayrı vaxtlarda bir nəfərin itirdiyi bank kartından, digərinin isə ödəmə terminalından maddi vəsaitlərini oğurlamaqda şübhəli bilinən 20 yaşlı N.Niftalıyev və 24 yaşlı F.Əliyev də polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər