16:00
9°C
Bakı
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində 20 yaşlı David İsgəndərov saxlanılıb.
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, həmin şəxsdən 11 kiloqrama yaxın narkotik vasitə marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.