Azərbaycanda uşaq pornoqrafiyası ilə bağlı videolar yayan şəxsə hökm oxundu
Kriminal
773
16:27, Bu gün

Azərbaycanda uşaq pornoqrafiyası ilə bağlı videolar yayan şəxsə hökm oxundu

"Telegram" sosial şəbəkəsində uşaq pornoqrafiyasını yayan şəxsə hökm oxunub.

Moderator.az Lent.az-a istinadən xəbər verir ki, 23 yaşlı Murad İsmayılov (ad və soyad şərtidir) naməlum mənbədən uşaq pornoqrafiyası ilə bağlı materiallar əldə edib.

Ümumilikdə 71 belə videonu "Telegram"da özünə məxsus kanalda paylaşıb və üzvlərə təklif edib.

Bundan başqa o, həmin sosial şəbəkədə başqa bir kanalında saxta reklamlar, endirim kampaniyaları, hətta cərimələrin endirimlə ödənilməsi ilə bağlı paylaşımlar edib. Həvəslənən izləyicilər həmin səhifələrə daxil olaraq, özlərinə, yaxud qohumlarına məxsus bank kartlarının nömrələrini qeyd ediblər. Nəticədə bu üsulla Murad zərərçəkənlərin ümumilikdə 2000 manatdan çox pulunu "Netflix", "TikTok", "Bolt-Food" və s. kimi onlayn ödənişlərə xərcləyib.

Bu əməllərinə görə Murad İsmayılov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 171-1.1 (uşaq pornoqrafiyasını yayma), 177.2.2 (təkrar oğurluq), 177.2.3-1 (elektron məlumat daşıyıcıların yaxud informasiya texnologiyalarından istifadə etməklə oğurluq etmək) və 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə cinayət işi başlanıb.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə Murad İsmayılov barəsində 3 il sınaq müddəti tətbiq olunmaqla 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər