Cinayətdə şübhəli bilinən 30 nəfər saxlanıldı
Kriminal
162
10:49, Bu gün

Cinayətdə şübhəli bilinən 30 nəfər saxlanıldı

Dekabrın 11-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   
 
DİN-in Mətbuat Xidmətindən Moderator.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 268, o cümlədən borclu şəxs qismində axtarışda olan 239 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      
 
Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 31 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.
 
Link kopyalandı!
Son xəbərlər