Goranboyda iki nəfəri bıçaqlayn şəxs saxlanıldı - YENİLƏNİB
Kriminal
364
09:15, Bu gün

Goranboyda iki nəfəri bıçaqlayn şəxs saxlanıldı - YENİLƏNİB

Goranboyda iki nəfərə bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən şəxs tutulub.
 
Moderator.az xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində A.Məmmədov və V.İsmayılova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 22 yaşlı İlkin Cəfərov saxlanılıb.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.
 
08:50
 
Goranboyda iki nəfər bıçaqlanıb.
 
Moderator.az xəbər verir ki, hadisə rayonun Azad kəndində qeydə alınıb.
 
Belə ki, 1996-cı il təvəllüdlü Adil Məmmədov və 1994-cü il təvəllüdlü Vüsal İsmayılov bıçaq xəsarətləri ilə Abbas Səhhət adına Gəncə Şəhər Xəstəxanasına yerləşdiriliblər.
 
A.Məmmədovun vəziyyəti ağır, V.İsmayılovun vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
 
İlkin məlumata görə, hadisəni onların qonşusu, 2003-cü il təvəllüdlü İlkin Cəfərovun törətdiyi ehtimal olunur.
 
Faktla bağlı araşdırma başlanılıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər