Əli Kərimli barəsində vəsatət təmin olunmadı
Kriminal
142
15:59, Bu gün

Əli Kərimli barəsində vəsatət təmin olunmadı

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı qərarın dəyişdirilməsi barədə məhkəməyə müraciət edilib.
 
Moderator.az xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində vəsatətə baxılıb və qərar qəbul edilib.
 
Qərara əsasən, vəsatət təmin edilməyib.
 
Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə Əli Kərimli barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.
 
Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimli barələrində aparılan araşdırma çərçivəsində DTX-də dindiriliblər.
 
Onların evində axtarış aparıldıqdan sonra DTX-yə aparılıblar.
 
Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Link kopyalandı!
Son xəbərlər