Balakərimi oğurlayıb çöllüyə atmışdılar – AĞIR CƏZA aldılar
Kriminal
465
12:56, Bu gün

Balakərimi oğurlayıb çöllüyə atmışdılar – AĞIR CƏZA aldılar

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Bakıda adam oğurluğunda ittiham olunan Rövşən Eyyubov, Tuncay İmanov, Famil Hacıxanov və Vəli Vəliyevin cinayət işi üzrə məhkəmə iclasında hökm oxunub.
 
Moderator.az Lent.az-a istinadla xəbər verir ki, məhkəmə tərkibi Rövşən Eyyubovun 9 il, 6 ay, Tuncay İmanovun 9 il ,3 ay, Famil Hacıxanovun 8 il, Vəliyev Vəlinin  8 il  müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.
 
Xatırladaq ki, Rövşən Eyyubov paytaxt sakini Balakərim Umudovu oğurlamaq niyyəti ilə bir qrup şəxslə qabaqcadan əlbir olaraq plan hazırlayıb.
 
Onlar 2023-cü il dekabrın 24-də saat 21 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində, 19 saylı poliklinikanın qarşısına gəlib, Balakərim Umudovun iradəsinə zidd olaraq, ondan özlərinə məxsus BMW markalı avtomobilə əyləşməyi tələb ediblər.
 
Sonra zərərçəkəni Qobu qəsəbəsindəki kimsəsiz çöllüyə apararaq, orada döyüb, bədən xəsarətləri yetiriblər.
 
Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri ilə ittiham irəli sürülüb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər