Sabunçuda yeyib-içən tanışlardan biri o birini bıçaqladı – TƏFƏRRÜAT
Kriminal
416
14:08, Bu gün

Sabunçuda yeyib-içən tanışlardan biri o birini bıçaqladı – TƏFƏRRÜAT

Bakının Sabunçu rayonunda 1981-ci il təvəllüdlü Qəmbər Babayev tanışı Nəsimiyə (ad-soyadlar şərti verilib – red.) xəsarət yetirib.
 
Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində baş verib.
 
Həmin gün gecə saat 2 radələrində Q.Babayevin yaşadığı bir otaqlı evdə tanışı Nəsiminin onu təhqir etməsi səbəbindən aralarında mübahisə yaranıb.
 
Mübahisə zamanı o, masanın üzərində olan mətbəx bıçağı ilə Nəsiminin bel, ayaq və hər iki qol nahiyyələrindən bir neçə dəfə vurub.
 
Q.Babayevin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
 
İş üzrə izahat verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, Sabunçu qəsəbəsində yerləşən bir otaqlı fərdi evdə bir müddət tanışları Nəsimi və İlqarla birlikdə yaşayıb, münasibətləri normal olub: “Hadisə günü İlqarla kafedə spirtli içki içdik. Təxminən saat 22 radələrində evə gəldim. Hamama girdim, çıxdıqda Nəsimi, İlqar və qonşuluqda yaşayan bir şəxsin yeyib-içdiklərini gördüm. Mən də onlara qoşuldum”.
 
Təqsirləndirilən qeyd edib ki, Nəsimi ilə qonşuluqda yaşayan şəxs mübahisə ediblər və qonşu oradan gedib: “Dükandan yenə spirtli içki aldım, evə qayıtdıqda Nəsiminin yanında tanımadığım iki qadın gördüm. Ona içki içdikdən sonra getməli olduğunu dedim.
 
Gecə saat 2 radələrində Nəsimi məni yanına çağırdı və nəyə görə onun çıxmağını istədiyimi soruşdu, mübahisə etməyə başladıq. Masanın üzərində olan bıçağı götürdüm və onun bel, sol ayaq və hər iki qol nahiyyələrindən zərbələr vurdum. Sonra qorxub küçəyə çıxdım və oradan uzaqlaşdım”.
 
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb.
 
Məhkəmə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib.
Link kopyalandı!
Son xəbərlər