Azyaşlının ölümündə təqsirləndirilən həkimə hökm oxundu
Kriminal
130
14:41, Bu gün

Azyaşlının ölümündə təqsirləndirilən həkimə hökm oxundu

Səhlənkarlıq səbəbindən azyaşlının ölümündə təqsirləndirilən Göygöl Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Əmirxan Mövlayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Moderator.az xəbər verir ki, hadisə ötən il baş verib.
 
Belə ki, H.Əhmədova valideyni tərəfindən tibbi yardım göstərilməsi məqsədilə Göygöl Rayon Mərkəzi Xəstəxanasının pediatriya (uşaq) şöbəsinə gətirilib. Həkim uşağın hərarətinin normadan artıq olduğunu müəyyən etməsinə baxmayaraq lazımi diqqət və ehtiyatlılıq göstərməyib.
 
Həkimin laqeydliyi azyaşlının ölümü ilə nəticələnib.
 
Göygöl Rayon Məhkəməsinin qərarı ilə Ə.Mövlayev Cinayət Məcəlləsinin 142.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib. Ona bir il tibb sahəsində müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə iki il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
 
Həkimin cəzası bir il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub.
 
Link kopyalandı!
Son xəbərlər