Ağdaşda qısqanclıq zəminində bıçaqlanma olub
Kriminal
149
10:03, Bu gün

Ağdaşda qısqanclıq zəminində bıçaqlanma olub

Ağdaşda bıçaqlanma hadisəsi olub.
 
Moderator.az xəbər verir ki, hadisə şəhərin M.İsayev küçəsində qeydə alınıb.
 
30 yaşlı Səfərli Arzu Cavid oğlu 24 yaşlı Qaffarov Nicat Abdulla oğlunun ayaq və qarın nahiyələrinə bıçaqla xəsarət yetirərək, qaçıb. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.
 
A. Səfərli polis əməkdaşları tərəfindən saxlanılıb.
 
Araşdırma aparılır.
 
Link kopyalandı!
Son xəbərlər