Ərini qətlə yetirən qadın AZADLIQ İSTƏDİ
Kriminal
219
12:23, Bu gün

Ərini qətlə yetirən qadın AZADLIQ İSTƏDİ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə Nərgiz Quliyevanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.
 
Moderator.az Lent.az-a istinadla xəbər verir ki, müdafiə vəkili çıxış edərək Quliyevanın əvvəllər məhkum olmadığını, himayəsində azyaşlı övladının olduğunun nəzərə alınaraq, polis nəzarətinə verilməsi barədə vəsatət verdi. Dövlət ittihamçısı çıxış edərək vəsatətin təmin olunmamasını istəyib.
 
Müşavirədən sonra məhkəmə tərkibi hazırkı vəziyyətdə vəsatətin təmin edilmədiyini, məhkəmənin 11 dekabr saat 14:00-a təyin edildiyini elan edib.
 
Xatırladaq ki, 2025-ci ilin avqust ayında Bakı şəhərinin Xəzər rayonu, Türkan qəsəbəsində 1986-cı il təvəllüdlü Nərgiz Rafiq qızı Quliyeva yaşadığı evdə münaqişə zəminində əri, 1979-cu il təvəllüdlü Natiqi bıçaqlayaraq qətlə yetirib. N.Quliyeva polis tərəfindən tutularaq istintaqa təhvil verilib.
 
Faktla bağlı Xəzər rayon prokurorluğu tərəfindən cinayət işi başlanılıb və N. Quliyeva Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə ittiham olunub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər