İş yoldaşının başına stəkanla vurub öldürən Möhsünü AĞIR CƏZA gözləyir
Kriminal
103
12:00, Bu gün

İş yoldaşının başına stəkanla vurub öldürən Möhsünü AĞIR CƏZA gözləyir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə Bakıda  iş yoldaşını öldürməkdə təqsirləndirilən Möhsün Abdullayevin məhkəməsi keçirilib.
 
Moderator.az Lent.az-a istinadla xəbər verir ki, dövlət ittihamçısı çıxış edərək Möhsün Abdullayevin 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Zərərçəkəninin hüquqi varisi onun daha ağır cəza almasını məhkəmədən xahiş edib. Müdafiə vəkili çıxış üçün vaxt istəyib. Bundan sonra növbəti proses 5 dekabr saat 15:00-a təyin olunub.
 
Xatırladaq ki, Möhsün Abdullayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.İttihama görə M. Abdullayev  mübahisə zəmnində  masanın üzərində olan dəstəkli stəkanı götürdükdən sonra Bahadur Tağıyevin başına 4 dəfə zərbə endirib. Nəticədə zərərçəkənin başından qan axmağa başlayıb. Sonra yumruqla ona zərbələr vurub. Məqsədi Tağıyevdən işlətdiyi nalayiq ifadələrə görə qisas almaq olub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər